ABŞ prezidenti Donald Tramp Avropa liderlərini Rusiya ilə razılaşma əldə etməyə çağırıb. O, Kiyevə dəstək üçün xərclənən vəsaitin Avropa ölkələrinin öz ehtiyaclarına yönəldilməsinin daha məqsədəuyğun olduğunu bildirib.
Azpost.info bildirir ki, bu barədə “The Washington Post” (WP) qəzeti danışıqların məzmunu ilə tanış olan dörd mənbəyə istinadən məlumat yayıb.
Qəzetin həmsöhbətlərinin sözlərinə görə, ABŞ lideri bu təklifi Çinlə danışıqlardan sonra Avropa liderlərinin iştirakı ilə keçirilən görüşün iştirakçıları ilə telefon danışığı zamanı səsləndirib.
“Avropa görüşünün iştirakçıları ilə telefon danışığı zamanı Tramp Avropa liderlərinə bildirib ki, onlar Ukraynaya ‘milyardlarla və milyardlarla’ vəsait xərcləyirlər. Halbuki həmin pulları özlərinin ‘gözəl ölkələrinin’ ehtiyaclarına yönəldə bilərlər”, – deyə nəşr yazıb.
