Seçkini müşahidə üçün jurnalistlərə iş vəsiqəsi yetərlidir

Azərbaycanda seçkilərdə müşahidəçilərə ”yox” cavabı verilməyib, indiyə qədər belə hal olmayıb.

Bunu bu gün növbədənkənar parlament seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, seçkilərdə aşkarlığın yaradılması və media qurumlarının fəaliyyətinin təmin edilməsi də mühümdür: “Azərbaycan dünyada yeganə ölkədir ki, media qurumları seçkini müşahidə etmək üçün heç yerdən qeydiyyatdan keçmir. Jurnalistlər iş vəsiqələri ilə seçkini işıqlandırırlar, seçkini müşahidə üçün jurnalistlərə iş vəsiqəsi yetərlidir. Seçkilərin ədalətli, şəffaf keçirilməsi üçün vacib şərtlərdən biri də ölkədə ictimai-siyasi sabitlik olmasıdır. Bu da bizdə var”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.