Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı
  • ÖZƏL

Sentyabrın 1-dən bu şəxslərə avtomobil sürmək qadağan ediləcək

Orkhan Ali 21 Avqust 2025 - 09:52 (Last updated: 21 Avqust 2025 - 09:55)
Sürücü

Sürücü

Rusiyada sentyabrın birindən avtomobil idarə etməyə tibbi məhdudiyyətlərlə bağlı yeni qaydalar qüvvəyə minəcək. AzPost bildirir ki, hökumətin bu qərarı hələ aprel ayında imzalansa da, dəyişikliklərin tətbiqi payızın əvvəlindən başlayacaq.

Yeni siyahıya əsasən, psixi pozuntular və görmə ilə bağlı bəzi xəstəlikləri olan şəxslərə sükan arxasına oturmaq qəti şəkildə qadağan ediləcək. Məsələn, şizofreniya, affektiv və stresslə bağlı pozuntular, şəxsiyyət və davranış pozuntuları, epilepsiya, rənglərin qavranılması anomaliyaları və ikigözlü korluq əsas məhdudiyyətlər sırasındadır.

Siyahı beynəlxalq xəstəliklər təsnifatı – MKB-10 əsasında dəqiqləşdirilib. Əvvəllər mövcud olan bəzi məhdudiyyətlər isə yumşaldılıb. Belə ki, qlaukoma, ürəyin işemik xəstəliyi, bronxial astma və süni göz bülluru olan şəxslərə şəxsi avtomobil idarə etməyə icazə verilir.

Qaydaların bəzi hallarda istisnaları var. Xəstəliyin növündən asılı olaraq, avtomobil yalnız xüsusi şərtlərlə idarə edilə bilər – məsələn, avtomatik sürətlər qutusu və ya əl ilə idarəetmə sistemi ilə təchiz edildikdə.

Ekspertlər bildirir ki, dəyişikliklərin böyük hissəsi mərkəzi sinir sistemi və psixi pozuntularla bağlıdır. Nevrologiya mütəxəssisi Natalya Suvorinovanın sözlərinə görə, parkinson kimi xəstəliklər tam sağalmadığı üçün belə xəstələrdə reaksiya ləngiməsi avtomobil idarəsini təhlükəli edir.

Əvvəlki qaydalarda yalnız ahromatopsiya qeyd olunmuşdusa, indi “rəng qavrama anomaliyaları” anlayışı ilə daha geniş formada təqdim edilib. Bu isə fərqli rəng pozuntularını nəzərə almağa imkan verir.

Yeni tələblər əsasən sürücülük vəsiqəsini dəyişəcək şəxslərə aid olacaq. Mövcud vəsiqəsi olan sürücülərə isə əlavə tibbi müayinədən keçmək tələb olunmur. Beləliklə, dəyişikliklər əksər sürücülərin gündəlik həyatına ciddi təsir göstərməyəcək.

AzPost.az

Post navigation

Previous: İsrail ordusu Qəzza şəhərinə hücuma keçib
Next: Dünyanın ən mərhəmətli məhkəmə hakimi vəfat edib

Oxşar xəbərlər

burcler
  • Maraqlı

7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir?

User 07 Noyabr 2026 - 11:16
ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
ölüm
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər gözlənilməz fakt aşkarlayıb

User 06 Noyabr 2026 - 16:52

xƏBƏR

ilham aliyev erdoqan beyanat
  • Baş Yazı

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN

User 08 Noyabr 2026 - 18:31
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla...
Read more about Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN
Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı? erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.