“Sentyabrın 21-də məktəblərin açılması ehtimalı yüksəkdir” –

Səhiyyə naziri Fəxrəddin Qoca
19 Avqust 2020 - 22:59

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 20 nəfər ölüb.

Bunu Səhiyyə naziri Fəxrəddin Qoca Elm Qurumunun toplantısından sonra keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, son 24 saatda 82 318 şübhəli koronavirus testindən keçib, onlardan 1263-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 703 nəfər olub, 942 xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə ümumilikdə 251 805  nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 6016 nəfər ölüb.

F.Qoca son ay yarımda tək Türkiyədə deyil, dünyada infeksiyanın yayılmasının pik həddə çatdığını deyib.

Nazir bununla belə ümidverici xəbərlər də səsləndirib. Bildirib ki, sentyabrın 21-də məktəblərin açılması ehtimalı yüksəkdir və  COVID-19-un mutasiyaya uğraması ilə bağlı yayılan xəbərlərdən müsbət gözləntilər var, yəni COVLD-19-u keçirənlərin qripə yoluxma  kimi yüngül hallarla xəstəliyi sovuşa biləcək.