“Sentyabrın 27-dən indiyədək 90 dinc sakin erməni terrorunun qurbanı olub” –

Baş Prokuror
29 Oktyabr 2020 - 12:13

“Tarixdə heç bir vaxt bu kimi cinayətləri törədənlər məsuliyyətdən qaça bilməyiblər. Onlar gec-tez cinayət məsuliyyətinə cəlb olunublar, beynəlxalq tribunal qarşısında cavab veriblər”.

Bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Bərdədə hadisə yerində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, sentyabrın 27-dən bu günə kimi 90 dinc sakin erməni terrorunun qurbanı olub.