Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

SEPAH ABŞ hərbi bazasını hədəfə aldığını bəyan edib

User 28 May 2026 - 08:06 (Last updated: 28 May 2026 - 08:03)
abs baza suriya

Bu gün səhər saatlarında ABŞ ordusunun İranın Bəndər-Abbas hava limanının yaxınlığına hücumundan sonra ABŞ-a məxsus hava bazası hədəf alınıb.

Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

 

Məlumatda qeyd olunub ki, hücumun edildiyi hərbi baza atəşə tutulub.

Qeyd edilib ki, bu cavab ABŞ-a ciddi xəbərdarlıqdır və təcavüzün cavabsız qalmayacağını göstərir.

Bildirilib ki, hücum təkrarlanarsa, İranın cavabı daha qəti olacaq.

SEPAH vurğulayıb ki, bütün məsuliyyət ABŞ-ın üzərindədir.

“Tasnim” agentliyi isə hərbi mənbəyə istinadən bir neçə saat əvvəl ABŞ-a məxsus bir tankerin Hörmüz boğazından radar sistemini söndürərək keçməyə cəhd etdiyini, lakin SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin sürətli və qəti müdaxiləsi və atəşi nəticəsində dayanaraq geriyə qayıtmağa məcbur olduğu haqda məlumat yayıb.

Mənbənin sözlərinə görə, ABŞ ordusu Bəndər-Abbas ətrafındakı boş sahəyə atəş açıb və eşidilən partlayış səsləri həmin hadisə ilə bağlı olub. Bildirilib ki, atəş nəticəsində insan tələfatı və maddi ziyan qeydə alınmayıb.

“Tasnim” əlavə edib ki, hərbi mənbələrdən əldə olunan məlumatlara görə, bu gün səhər Bəndər-Abbasda baş verən hadisələr zamanı dörd gəminin Hörmüz boğazından icazəsiz keçməyə cəhd etdiyi, lakin İranın Hərbi Dəniz Qüvvələrinin xəbərdarlıq atəşindən sonra dayanaraq geri qayıtdığı müəyyən olunub. /APA/

AzPost.az

Post navigation

Previous: Tramp seçkilərdə Paşinyanı dəstəklədiyini açıqladı
Next: Alyaska sahillərində 5,6 bal gücündə zəlzələ olub

Oxşar xəbərlər

hörmüz boğazı.jpg 2
  • Dünya

İran Hörmüzdə yeni qaydalar elan edir – Gəmiçilik necə dəyişəcək?

User 25 Oktyabr 2026 - 19:24
saral
  • Dünya

Ərdoğanın baş danışmanı Oktay Saral istefaya göndərilib? – Azərbaycana görə

User 25 Oktyabr 2026 - 19:11
puti cin tramp
  • Dünya

Putin, Si Cinpin və Trampın üçtərəfli görüşünə hazırlıq başlayıb

User 25 Oktyabr 2026 - 15:06

xƏBƏR

saral02
  • Siyasət

Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…”

User 25 Oktyabr 2026 - 20:22
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saral vəzifəsindən azad edildiyini təsdiqləyib. O, qərarın Azərbaycanla bağlı...
Read more about Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…”
Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib arzuxan oqlu
  • Sosial

Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib

User 25 Oktyabr 2026 - 19:54
Yerə 2 milyard il əvvəl düşən asteroid – Kraterin ölçüsü Azərbaycan boydadır asteroid zerbe
  • Maraqlı

Yerə 2 milyard il əvvəl düşən asteroid – Kraterin ölçüsü Azərbaycan boydadır

User 25 Oktyabr 2026 - 19:47
İran Hörmüzdə yeni qaydalar elan edir – Gəmiçilik necə dəyişəcək? hörmüz boğazı.jpg 2
  • Dünya

İran Hörmüzdə yeni qaydalar elan edir – Gəmiçilik necə dəyişəcək?

User 25 Oktyabr 2026 - 19:24
Ərdoğanın baş danışmanı Oktay Saral istefaya göndərilib? – Azərbaycana görə saral
  • Dünya

Ərdoğanın baş danışmanı Oktay Saral istefaya göndərilib? – Azərbaycana görə

User 25 Oktyabr 2026 - 19:11
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.