SEPAH-ın briqada generalı Məhəmməd Rza Zahedi İsrailin Suriyaya endirdiyi hava zərbəsi nəticəsində həlak olub.
Azpost.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi Livan təhlükəsizlik güclərindəki mənbəyə istinadən yazıb.
Hava zərbələri Suriyanın paytaxtına İran konsulluğuna endirilib.
Zahedi 2007-ci ildə Tehranın nüvə proqramı ilə bağlı BMT Təhlükəsizlik Şurasının sanksiyalar tətbiq etdiyi şəxslər siyahısındadır.
2006-2008-ci illərdə SEPAH quru qoşunlarının baş komandanı olub.
Azpost.info