SEPAH Trampa çağırış etdi –“İranın şərtlərini qəbul edin”

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi, briqada generalı Hüseyn Möhebbinin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp İranla müharibədən dərs çıxarmalı və Tehranın şərtlərini qəbul etməlidir.

Bu barədə İranın Mehr agentliyi məlumat yayıb.

Möhebbi iddia edib ki, Tramp müharibə zamanı qarşıya qoyduğu məqsədlərdən heç birinə nail olmayıb. Onun sözlərinə görə, ABŞ bunun əvəzində ciddi iqtisadi və siyasi nəticələrlə üzləşib.

SEPAH nümayəndəsi ABŞ prezidentini İranla bağlı gələcək qərarları qəbul edərkən müharibənin nəticələrini nəzərə almağa çağırıb.

Möhebbi həmçinin ABŞ-ın xarici və hərbi siyasətinə yenidən baxmalı olduğunu bildirib. Onun sözlərinə görə, Vaşinqton İsrailin maraqlarını ABŞ vətəndaşlarının maraqlarından üstün tutur.

“Tramp amerikalılara söz vermişdi ki, Amerika hər şeydən əvvəl olacaq. Amma bu gün ABŞ üçün hər şeydən əvvəl İsraildir”, – deyə iranlı general bildirib.

SEPAH nümayəndəsi ABŞ-ın hərbi xərclərini də tənqid edib. O iddia edib ki, ABŞ Silahlı Qüvvələri hərbi büdcəsi Pentaqonun xərclərinin cəmi 10 faizini təşkil edən dövlətlərlə müharibə aparmaq iqtidarında deyil.

Möhebbinin açıqlamaları İran və ABŞ arasında qarşıdurmanın nəticələri ilə bağlı Tehranın mövqeyini əks etdirir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.