Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Separatçı rejimin sabiq “xarici işlər naziri” David Babayan həbs edilib –

User 30 Sentyabr 2023 - 15:12 (Last updated: 21 May 2025 - 20:15)
babayan

Erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsirlikdə olan hərbi qulluqçuları və beynəlxalq humanitar hüquqla müdafiə olunan mülki və digər şəxslərə qarşı sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlər törədilməsi faktlarları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrilə Azərbaycan Respublikasının Prokurorluq orqanları tərəfindən başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, istintaqla müəyyən edilib ki, 2013-2023-cü illərdə separatçı qurumun “prezidenti aparatının rəhbərinin müavini, prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi, xarici işlər naziri və xüsusi tapşırıqlar üzrə prezidentin köməkçisi vəzifələrində” işləmiş, 1973-cü il tarixdə Xankəndi şəhərində anadan olmuş Babayan Davit Klimoviç həm 44 günlük Vətən müharibəsi dövründə, həm Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması, əhalinini təhlükəsizliyini təmin olunması məqsədilə aparılan antiterror əməliyyatlarında qondarma qurumun digər “rəhbər vəzifəli şəxsləri” ilə cinayətkar birlik halında milli düşməçilik və nifrət aşılayan, terrorçu qruplaşmaların fəaliyyətini əlaqələndirən fəaliyyətlə məşğul olması, o cümlədən 2020-ci il oktyabrın 17-də, Azərbaycan Respublikasının Gəncə şəhərinin müdafiə olunmayan və mülki əhalinin yaşadığı əraziləri, yaşayış məntəqələri və silahsızlaşdırılmış zonaları hədəfə almaqla, ballistik raketlərdən istifadə edib çoxsaylı mülki şəxslərin ümumi təhlükəli üsulla, xüsusi amansızlıqla, terrorçuluqla əlaqədar, milli ədavət və düşmənçilik zəminində qəsdən öldürülməsi və yaralanması ilə bağlı cinayətləri təşkil etməsinə əsaslı şübhələr müəyyən edilib.

David Babayan 2020-ci il oktyabrın 28-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 32.3, 114.1 (muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat vermə, habelə onlardan hərbi münaqişədə və hərbi əməliyyatlarda istifadə etməni təşkil etmə), 32.3, 116.0.1, 32.3, 116.0.6, 32.3, 116.0.7, 32.3, 116.0.8, 32.3, 116.0.9, 32.3, 116.0.10 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2-ci (silahlı münaqişə zamanı hərəkətsizlik etmə və ya cinayətkar əmr vermə), 32.3,214.2.1, 32.3,214.2.3, 32.3,214.2.4 (terrorçuluğu təşkil etmə), 283.2.1, 283.2.3-cü (milli düşmənçiliyin salınmasını təşkil etmə) və digər madələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib.

Cari il sentyabrın 29-da D.Babayan Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən saxlanılarq istintaqa təqdim olunmuş və ona həmin tarixdə qeyd olunan maddələr üzrə ittiham elan edilib.

Post navigation

Previous: “Azərbaycan Qafqazda Rusiyanın paradiqmasını pozdu” –
Next: Baş Prokurorluq separatçı rejimin “müdafiə naziri” Mnatsakanyan barədə açıqlama yaydı

Oxşar xəbərlər

aqrar sahə
  • Baş Yazı

Fermer niyə az qazanır, ərzaq niyə bahadır? – Aqrar sahənin problemləri

User 29 Oktyabr 2026 - 18:48
ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə getməyəcək

User 29 Oktyabr 2026 - 16:12
menzil
  • Baş Yazı

Bakıda mənzil almaq çətinləşir – 50, 70 və 100 kvadratlıq evlər neçəyədir?

User 29 Oktyabr 2026 - 15:43

xƏBƏR

ramiz mehdiyev
  • Ölkə

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

User 30 Oktyabr 2026 - 17:27
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclası keçirilib. AMEA Rəyasət Heyətinin iclasında Ramiz Mehdiyevin Akademiya üzvlüyündən çıxarılması...
Read more about Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib
YAP Təftiş Komissiyasının sədri seçilib ilham yap02
  • Ölkə

YAP Təftiş Komissiyasının sədri seçilib

User 30 Oktyabr 2026 - 16:41
Tramp İrana yeni zərbə hazırlayır? – “Bütün bombaların anası” gündəmdə bomba teyare
  • Dünya

Tramp İrana yeni zərbə hazırlayır? – “Bütün bombaların anası” gündəmdə

User 30 Oktyabr 2026 - 15:22
Zelenski Putinə ərazi məsələsini müzakirə etməyə hazır olduğunu bildirdi zelenski
  • Dünya

Zelenski Putinə ərazi məsələsini müzakirə etməyə hazır olduğunu bildirdi

User 30 Oktyabr 2026 - 14:22
Gürcüstanla sərhəd delimitasiyası sürətlənəcək serhed
  • Ölkə

Gürcüstanla sərhəd delimitasiyası sürətlənəcək

User 30 Oktyabr 2026 - 14:17
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.