Serbiya, Türkiyə, Yunanıstan Rusiyanın Ukraynadakı hərəkətləri pisləyiblər.
Azpost.info bildirir ki, Serbiya prezidenti Aleksandr Vuçiç, Türkiyənin xarici işlər naziri Hakan Fidan, Yunanıstanın baş naziri Kiryakos Mitsotakis və bir sıra digər ölkələrin yüksək səviyyəli nümayəndələri oktyabrın 9-da Xorvatiyanın Dubrovnik şəhərində keçirilən üçüncü Ukrayna-Cənub-Şərqi Avropa sammitinin yekunlarına dair bəyannaməni imzalayıb.
18 bənddən ibarət bəyannamədə Rusiyanın Ukraynadakı hərəkətləri pislənir.
Bundan əlavə, sənəd beynəlxalq ictimaiyyəti Ukraynaya dəstəyini gücləndirməyə çağırır. Bəyannamədə həmçinin Ukraynanın “sülh formulu” təsdiqlənir. Bəyənnaməni imzalayanlar Ukraynanın ərazi bütövlüyünün qorunmasına tərəfdar olduqlarını bildiriblər.
Bəyannaməni Ukrayna, Xorvatiya, Kosovo, Bosniya və Herseqovina, Şimali Makedoniya, Albaniya, Bolqarıstan, Sloveniya və Rumıniya da imzalayıb.