Sergey Lavrov və ABŞ Dövlət katibi regional münaqişəni müzakirə ediblər

14 İyul 2020 - 00:16

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Mayk Pompeo telefonla danışıblar.

Azpost.info Rusiya XİN-in rəsmi saytına istinadən bildirir ki, tərəflər dünyanın müxtəlif regionlarında olan münaqişələrin tənzimlənməsi ilə bağlı müzakirə aparıblar. Bu sırada Əfqanıstan, Liviya, Suriya və digər münaqişə zonaları olub.

Lavrov və Pompeo BMT-nin Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərin liderlərinin görüşünə hazırılığın gedişindən danışıblar.