Elmar Məmmədyarov təxribatla bağlı Avropa İttifaqına məlumat verib

13 iyul 2020-ci il tarixində Xarici İşlər naziri Elmar Məmmədyarovun Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığı baş tutub.

Azərbaycan XİN-in Mətbuat xidməti idarəsi xəbər verir ki, Elmar Məmmədyarov Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin hücum cəhdi, bu hərbi təxribatın qarşısının alınması və hazırda bölgədə davam edən gərgin vəziyyət barədə Aİ rəsmisini məlumatlandırıb.

Ermənistanın bu təcavüz aktının münaqişənin həlli üzrə danışıqların mahiyyətini ciddi şübhə altına aldığı və məhz Ermənistanın və onun təcavüzkar siyasətinin bölgədə sülh və təhlükəsizliyə əsas təhlükə mənbəyi olduğunu, o cümlədən bölgədəki böyük geostrateji layihələrə təhlükə törətmək ehtimalının olduğunu qeyd edib.

C.Borel Aİ-nin Avropa Xarici Faəliyyət Xidmətinin sözçüsünün iki ölkə sərhədində baş vermiş insident ilə bağlı bəyanat ilə çıxış etdiyini qeyd edib. O, Aİ-nin bölgədə gərginliyin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlərin görülməsinin tərəfdarı olduğunu, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçilik səylərini dəstəklədiyini və münaqişənin həlli üzrə substantiv danışıqların aparılması mövqeyindən çıxış etdiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Con Travoltanın həyat yoldaşı 57 yaşında vəfat edib

Sonrakı məqalə

Sergey Lavrov və ABŞ Dövlət katibi regional münaqişəni müzakirə ediblər