Sergey Şoyqu Azərbaycana səfər edəcək

23 Avqust 2020 - 13:33

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Azərbaycana səfər edəcək.

Rusiyadakı hərbi mənbələrdən APA-nın Moskva müxbirinə verilən məlumata görə, Rusiya Müdafiə naziri Azərbaycanda keçiriləcək Dəniz kuboku ordu oyunlarının açılış mərasimində iştirak edəcək.

Rusiya Müdafiə nazirinin Azərbaycana səfərinin avqustun 24-də baş tutacağı gözlənilir.