Sergey Şoyqu və Ermənistanın müdafiə naziri arasında telefon danışığı olub

Rusiya müdafiə naziri Sergey Şoyqu və Ermənistanın müdafiə naziri vəzifəsini icra edən Arşak Karapetyan arasında telefon danışığı olub.

Bu barədə Rusiyanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər regional təhlükəsizliyin təmin olunması və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Qeyd edək ki, Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan iyulun 20-də Arşak Karapetyanın ölkənin Müdafiə nazirinin birinci müavini təyin edilməsi barədə fərman imzalayıb. Karapetyan son təyinatına qədər Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini vəzifəsini tutub. O, hazırda həm də ölkənin müdafiə naziri vəzifəsini icra edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

YAP və AK Partiya arasında görüş keçirilib –

Sonrakı məqalə

Türkiyə və Pakistan parlamentlərinin sədrləri Azərbaycana gəlib