Serj Sarksiyan gizli şəkildə Qarabağa gəlib-Xocavənddə monastırı ziyarət edib (FOTO)

Avqustun 9-da Ermənistanın keçmiş prezidenti və Qarabağ separatçılarının liderlərindən biri Serj Sarkisyan gizli şəkildə Qarabağa gəlib. O, yerli sakinlərin izdihamında itib və rus sülhməramlılarının müşayiəti ilə Xocavənd rayonunda (keçmiş Martuni) Amaras monastır kompleksini ziyarət edib. Həmin günü o Qarabağdan qayıdıb.

Bütün bunlar yalnız bu gün – avqustun 14 -də Sarkisyanın özünün Facebook səhifəsindən şəkillər dərc edən erməni mediasının xəbərlərindən məlum olub.

Maraqlıdır ki, Serjik gizli səfəri barədə bir neçə gün sonra elan edib, görünür, Azərbaycan tərəfinin hansısa hərəkətlərindən qorxur. O həmçinin Qarabağın erməni əhalisi ilə də hər hansı görüş keçirməyib.

Bu səfərdə onu separatçıların keçmiş lideri Bako Saakyan, “Təhlükəsizlik Şurasının rəhbəri” Vitali Balasanyan, eləcə də separatçıların iki keçmiş hərbi lideri – Mnatsakanyan və Karapetyan müşayiət edib.

Belə görünür, rus sülhməramlıları Sarkisyanın səfərinə heç cür mane olmayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Əfqanıstan prezidenti ölkəni belə tərk etdi –

Sonrakı məqalə

“Taliban” Əfqanıstan İslam Əmirliyini elan edəcək