SES-dəki partlayışdan sonra Xersonda 14 mindən çox ev su altında qalıb

Kaxovka su elektrik stansiyasının partlaması nəticəsində Xerson vilayətində 14 mindən çox evi su basıb.

Azpost.info xəbər verir ki, ərazidəki uşaq bağçası, xəstəxana, beş qəbiristanlıq və digər mülki obyektlər də su altında qalıb.

“Hazırda Xerson vilayətində 15 yaşayış məntəqəsində 14 mindən çox yaşayış evi su altında qalıb. Həmçinin suyun altında Nijnedneprovski Milli Təbiət Parkının ərazisi, beş qəbiristanlıq, mal-qara məzarlığı, həmçinin xəstəxana və uşaq bağçası olub”, – TASS-ın məlumatında deyilir.

Azpost.info

 

Əvvəlki məqalə

Hakan Fidan və Blinken danışdı –

Sonrakı məqalə

Dünən cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb –