Seyran Ohanyan Şuşada Ordumuzun atəşi altına düşdüyünü etiraf etdi:

“Bir dostum yaralandı, digəri öldü”
07 Noyabr 2020 - 13:47

Ermənistanın sabiq müdafiə naziri, Xocalı qatili Seyran Ohanyan Şuşada gedən döyüşlərdə Azərbaycan Ordusu tərəfindən atəşə məruz qaldığını dolayısı ilə etiraf edib.

Azpost.info bildirir ki, 168.am saytına açıqlamasında S.Ohanyan deyib ki, döyüş zamanı onunla birgə olanlar gülləyə tuş gəlib: “Mən yaxşıyam. Bir dostum yaralandı, digəri öldü…”-deyə Ohanyan bildirib.

S. Ohanyan yaralı olub-olmadığına aydınlıq gətirməyib.

Dünən yayılan məlumata görə, Şuşa uğrunda şiddətli döyüşlərin gedişində Ermənistanın sabiq müdafiə naziri general-polkovnik Seyran Ohanyan ağır yaralanıb. Bundan əvvəl isə Ohanyanın Şuşanın hərbi komendantı “təyin edilməsi” məlum olub.