Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

Şeyxülislam ABŞ-da Kilsə Qurultayında iştirak edib –

User 07 Oktyabr 2025 - 09:35 (Last updated: 07 Oktyabr 2025 - 11:19)
seyx abs
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Amerika Birləşmiş Ştatlarında səfərdədir.
İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin icması və Stirlinq Fondunun dəvəti ilə Yuta ştatına səfər çərçivəsində QMİ sədri Şeyxülislam A. Paşazadə oktyabrın 4-də Solt-Leyk-Siti şəhərində İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Ümumdünya Qurultayında iştirak edib.
AzPost bildirir ki, bu barədə QMİ-nin mətbuat xidməti məlumat verib.
QMİ sədri A. Paşazadənin Konfransa Müraciəti yayılıb.
Prezident İlham Əliyevin konfransa salamını çatdıran Şeyxülislamın müraciətdə deyilir ki,
Azərbaycan bəşəri insan həmrəyliyinə xidmət edən amallar ətrafında birləşməyə təşviq edən bütün beynəlxalq səyləri hər zaman dəstəkləyir, bu istiqamətdə tədbirlərdə fəal iştirak edir.
“Amerika Birləşmiş Ştatları və Azərbaycanın dini konfessiyaları arasında yaranmış dostluq əlaqələri bizim üçün olduqca dəyərlidir. Qarşılıqlı səfərlərimiz, birgə tədbirlərimiz, təşəbbüskarı olduğumuz müştərək layihələr mənəvi əhəmiyyət kəsb edir, xalqlarımızın mənafeyinə xidmət edir. Böyük məmnuniyyətlə bəyan etmək istəyirəm ki, İsa Məsih sonuncu gün müqəddəsləri kilsəsinin icması Azərbaycanın multikultural ailəsinə rəsmən üzv olmuşdur. Bu kilsənin mənsublarını, ardıcıllarını Azərbaycanın dinlərarası harmoniya mühitində salamlayır, xeyirlərə vəsilə olmasını diləyirəm”.
QMİ sədri bildiib ki, Azərbaycan xalqı ABŞ dövlətinin beynəlxalq hüququn dünyada ən güclü dəstəkçisi olaraq uzun onilliklər boyunca ərazi bütövlüyümüzün bərpası yönündə haqq işimizə dəstəyini, habelə Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması istiqamətində ABŞ-ın davamlı səylərini yüksək dəyərləndirirlər.
“Bu il 8 avqust Vaşinqton zirvəsini bu dəyərli səylərin, ABŞ Prezidenti Tramp cənablarının sülh işinə şəxsi dəstəyinin nəticəsi olaraq olduqca yüksək qiymətləndiririk. Fürsətdən istifadə edərək, Stirlinq Fondunun Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi kimi humanist təşəbbüsə verdiyi böyük maddi və mənəvi dəstəyə görə xalqımız, bütün dini konfessiyalarımız adından dərin minnətdarlığımızı bildirmək istərdim”.
Müraciətdə qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyevin müəllifi olduğu Mədəniyyətlərarası dialoqa dair 17 illik tarixə malik Bakı prosesi dünyada insan həmrəyliyinə xidmət edir. Azərbaycanda 2010-cu ildə Dünya dini liderlərinin I və 2019-cu ildə II Sammiti keçirilib, 2024-cü ildə COP29 Bakı çərçivəsində Dini lidelərin zirvə görüşü təşkil olunub.
1991-ci ildə müstəqiliyini bərpa etmiş Azərbaycanda dini-mədəni müxtəlifliyin harmoniyasına istinad edən cəmiyyət quruculuğunun təməli «Yüksək tolerantlıq yüksək mədəniyyətin təzahürüdür» təbirinin müəllifi – ümummilli liderimiz Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi sayəsində qoyulub. Bu uğurlu siyasi kursun davamçısı Prezident İlham Əliyev cənabları multikulturalizmi dövlət siyasəti səviyyəsində bərqərar etdi. Azərbaycanın Birinci vitse-prezidenti möhtərəm Mehriban xanım Əliyeva dünya miqyasında multikulturalizmin təbliği sahəsində nəcib fəaliyyəti ilə Azərbaycanın sivilizasiyalararası dialoq və əməkdaşlıq istiqamətində beynəlxalq müstəvidə söz sahibinə çevrilməsinə xidmət etməkdədir.
“Dini mərkəz olaraq Qafqaz Müsəlmanları İdarəsi Yuta ştatı ilə, Stirlinq fondu, 12 həvarilər kvorumu ilə əlaqələrin yüksək səviyyəli işgüzar, səmərəli münasibətləri ilə fəxarət duyur. Bu əlaqələrimizin birgə təşəbbüslər, müştərək tədbirlərlə davam və inkişaf etməsi ümumi məramımızdır”.
Şeyxülislam A. Paşazadə Kilsənin mərhum rəhbəri prezident Rassel Nelsonun vəfatı ilə bağlı kilsə icmasına dərin hüznlə başsağlığı verib, habelə Kilsənin yeni prezidenti Dallin Oksu təbrik edib.
Konfransdan sonra Şeyxülislam A. Paşazadə Yuta Ştatının Senat sədri Adam Stüart ilə görüşüb. Səmimi şəraitdə keçən görüşdə Azərbaycanın multikultural həyat tərzi barədə xoş fikirlər ifadə edən Senat sədri Azərbaycana  rəğbət və dəstəyini ifadə edib.
Tədbirlərdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənov və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavanşir Paşazadə iştirak ediblər.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Amerika Birləşmiş Ştatlarına səfəri davam edir.

AzPost.az

Post navigation

Previous: Finlandiya Rusiyadan idxala tarif tətbiqi planlaşdırır
Next: “Dünya nizamı dağılır” –

Oxşar xəbərlər

SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50
dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23

xƏBƏR

lukoyl
  • İqtisadiyyat

ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda

User 03 Noyabr 2026 - 22:40
ABŞ-li milyarder Todd Boelinin rəhbərlik etdiyi investorlar konsorsiumu ABŞ sanksiyaları altında olan Rusiyanın “Lukoyl” neft şirkətinin xarici...
Read more about ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda
Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb Qətl
  • Kriminal

Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb

User 03 Noyabr 2026 - 22:23
Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər? çay
  • Maraqlı

Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər?

User 03 Noyabr 2026 - 20:05
İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro! hormuz
  • İqtisadiyyat

İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro!

User 03 Noyabr 2026 - 19:50
Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq? pasinyan01
  • Dünya

Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq?

User 03 Noyabr 2026 - 19:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.