Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

Şeyxülislam Allahşükür Paşazadə ABŞ-da səfərdədir

User 04 Oktyabr 2025 - 17:17 (Last updated: 04 Oktyabr 2025 - 17:17)
seyx abs01

İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin icması və Stirlinq Fondunun dəvəti ilə Yuta ştatında səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə oktyabrın 2-də Solt-Leyk-Siti şəhərində prezident Dallin Oks başda olmaqla, İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin rəhbərliyi ilə görüşüb.

Bu barədə QMİ-dən bildirilib.

Şeyxülislam A.Paşazadə kilsənin rəhbəri, prezident Rassel Nelsonun vəfatı ilə bağlı dərin hüznlə başsağlıqlarını diləyib, daha sonra kilsənin yeni prezidenti Dallin Oksu təbrik edib. QMİ sədri İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin icmasının Azərbaycanın multikultural ailəsinə rəsmən üzv olması ilə əlaqədar təbriklərini kilsə rəhbərliyinə çatdırıb. ABŞ-Azərbaycan arasında inkişaf edən əlaqələri yüksək qiymətləndirən şeyxülislam A.Paşazadə bu tərəqqidə hər iki ölkə prezidentlərinin rolunu qeyd etdi. Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması istiqamətində ABŞ-ın davamlı səylərini yüksək dəyərləndirən şeyxülislam A.Paşazadə 8 avqust Vaşinqton zirvəsini bu dəyərli səylərin, ABŞ Prezidenti Donald Trampın sülh işinə şəxsi dəstəyinin nəticəsi olaraq yüksək qiymətləndirib.

Amerika Birləşmiş Ştatları və Azərbaycanın dini konfessiyaları arasında yaranmış dostluq əlaqələrinin olduqca dəyərli olduğunu vurğulayan QMİ sədri qarşılıqlı səfərlərin, birgə tədbir və müştərək layihələrin mənəvi əhəmiyyət kəsb etdiyini, xalqlarımızın mənafeyinə xidmət etdiyini vurğulayıb. Şeyxülislam A.Paşazadə Stirlinq Fondunun Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi kimi humanist təşəbbüsə verdiyi böyük maddi və mənəvi dəstəyə görə dərin minnətdarlığını bildirib.

Şeyxülislam A.Paşazadə İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin prezidenti Dallin Oksu Azərbaycana dəvət edib.

D.Oks, öz növbəsində, şeyxülislamın Yuta ziyarətini kilsələri üçün əlamətdar hadisə olaraq dəyərləndirib, bundan böyük şərəf duyduqlarını ifadə edib. O bildirib ki, İslam və müsəlmanlarla əlaqələrin inkişafı rəhbərlik etdiyi kilsə üçün əsas prioritetlərdəndir. Kilsələrinə İslam dünyasında dəyərli münasibətə görə şeyxülislama dərin təşəkkürlərini bildirib. Azərbaycana səfər dəvətini minnətdarlıqla qəbul edən D.Oks ölkəmizi ziyarət etməyə böyük maraq göstərdiyini söyləyib. Kilsənin mərhum prezidentinin vəfatı ilə bağlı başsağlığı məktubuna görə təşəkkür edən D.Oks, həmçinin özünün yeni prezident seçilməsi ilə bağlı səmimi təbriklərə görə də minnətdarlığını bildirib. Xüsusi qeyd edib ki, şeyxülislam onu təbrik edən ilk dini liderdir. Kilsə prezidenti A.Paşazadənin kilsənin ümumi konfransında fəxri qonaq qismində iştirakının onlar üçün böyük şərəf olduğunu vurğulayıb.

Görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov və Milli Məclisin deputatı Cavanşir Paşazadə iştirak ediblər. R.Həsənov ABŞ-Azərbaycan əlaqələrinin müxtəlif platformalarda, o cümlədən dinlərarası dialoq və əməkdaşlıq müstəvisində uğurla davam etməsindən məmnunluğunu ifadə edib. Deputat C.Paşazadə Azərbaycan Parlamentinin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü olaraq iki ölkə arasında dinlərarası müstəvidə əlaqələrin yüksək səviyyəsini alqışladığını bildirib. O, ABŞ-ın iştirakı ilə paraflanmış sülh sazişinin Cənubi Qafqazda sülh, əmin-amanlıq və inkişaf üçün yeni səhifə açdığını, kommunikasiya imkanlarının inkişafı üçün yeni perspektivlər yaratdığını xüsusi vurğulayıb və bununla bağlı ABŞ dövlətinə təşəkkürlərini ifadə edib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin Amerika Birləşmiş Ştatlarına səfəri davam edir.

AzPost.az

Post navigation

Previous: Şair Əlisəmid Kürün vəziyyəti ağırlaşıb, evə buraxılıb
Next: TƏBİB şair Əlisəmid Kürün səhhəti ilə bağlı açıqlama verib

Oxşar xəbərlər

SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50
dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23

xƏBƏR

tdt bas katib yeni
  • Dünya

Türk Dövlətləri Təşkilatının yeni Baş katibi məlum olub

User 30 Oktyabr 2026 - 12:13
Türk Dövlətləri Təşkilatının yeni Baş katibi müəyyənləşib. Özbəkistanlı diplomat Mirvahid Əzimov TDT-nin yeni Baş katibi olub. Bundan...
Read more about Türk Dövlətləri Təşkilatının yeni Baş katibi məlum olub
Azərbaycanda bir gündə 97 nəfər saxlanıldı – 74-ü borclu çıxdı DIN
  • Kriminal

Azərbaycanda bir gündə 97 nəfər saxlanıldı – 74-ü borclu çıxdı

User 30 Oktyabr 2026 - 10:53
Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49
Tramp İrana hücum planını müzakirə etdi – ABŞ ordusu hərəkətə keçir Tramp
  • Dünya

Tramp İrana hücum planını müzakirə etdi – ABŞ ordusu hərəkətə keçir

User 30 Oktyabr 2026 - 10:13
Avropa 42 milyon barel nefti bazara çıxarır – Yanacağın qiyməti ucuzlaşacaq qaz kemeri
  • Dünya

Avropa 42 milyon barel nefti bazara çıxarır – Yanacağın qiyməti ucuzlaşacaq

User 30 Oktyabr 2026 - 10:07
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.