Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

Şeyxülislam beynəlxalq konfransın iştirakçıları ilə görüşüb –

User 21 May 2022 - 11:34 (Last updated: 21 May 2025 - 20:15)
seyc g20
 Mayın 19-da Bakıda G20 Dinlərarası Foruma regional hazırlıq iclası çərçivəsində “Prioritet qlobal məsələlər üzrə multikultural perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə konfrans iştirakçıları ilə görüşüb.
Tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla, G20 Dinlərarası Forum Assosiasiyasının Prezidenti, Beynəlxalq Hüquq və Din Araşdırmaları Mərkəzinin təsisçi direktoru Koul Durham (ABŞ), Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Milli Məclisin deputatları və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən şeyxülislam Allahşükür Paşazadə konfransda iştiraklarına görə elm və ictimai xadimlərə təşəkkürünü bildirib.
Azərbaycanın multikultural ənənələrindən danışan QMİ sədri ölkəmizin multikultural ənənələr diyarı, dünyaya özünün tolerant həyat modelini təqdim edən qabaqcıl dövlət olduğunu qonaqların diqqətinə çatdırıb. Şeyxülislam, həmçinin Azərbaycanda multikulturalizmin dövlət siyasəti kimi həyata keçirildiyini və dövlətimizin başçısının bu dəyərli ideyanın qlobal müstəvidə fəal müdafiəçisi olduğunu qeyd edib.
“Din xadimləri olaraq bu prosesə öz töhfəmizi veririk. Alternativi olmayan dinc birgəyaşayış, sülh, əmin-amanlıq, tərəqqi formulu olan multikultural həyat tərzimizlə fəxarət duyuruq və bunu bütün dünyaya təqdim etmək fürsətindən məmnunuq. Əminəm ki, “Prioritet qlobal məsələlər üzrə multikultural perspektivlər” mövzusunda keçirilən bugünkü konfrans dünyada sülh və qarşılıqlı anlaşma mühitinin təmin olunması işinə öz layiqli töhfəsini verəcək” – deyə şeyxülislam Allahşükür Paşazadə vurğulayıb.
ABŞ-ın Stirling Fondunun prezidenti Ed Rou və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənov çıxışlarında “Prioritet qlobal məsələlər üzrə multikultural perspektivlər” mövzusunda beynəlxalq konfransın məhsuldar olduğunu və uğurla keçdiyini diqqətə çatdırıblar.
Qəbuldan sonra qonaqların şərəfinə ziyafət verilib.
Xatırladaq ki, beynəlxalq konfransın təşkilatçısı Qafqaz Müsəlmanları İdarəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, G20 Dinlərarası Forum Assosiasiyası və ABŞ-ın Stirling Fondudur.

Post navigation

Previous: Kanada Ukraynaya 200 milyon dollar ayırdı
Next: “Almaniya və İtaliya Rusiya qazını rublla almağa razılıq verdi” –

Oxşar xəbərlər

SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50
dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23

xƏBƏR

Kainat
  • Maraqlı

Kainatın sonuna niyə gedə bilmirik? – Alimlərin hələ də cavab tapa bilmədiyi sirr

User 03 Noyabr 2026 - 11:44
Təsəvvür edin ki, nəhəng bir kosmik gəmidəsiniz. Qarşınızda sonsuz görünən kosmos, arxanızda Yer kürəsi, qarşınızda isə yalnız...
Read more about Kainatın sonuna niyə gedə bilmirik? – Alimlərin hələ də cavab tapa bilmədiyi sirr
Vergi müfəttişi Gəncədə sahibkardan rüşvət alarkən ifşa olundu – Həbs edildi Həbs
  • Sosial

Vergi müfəttişi Gəncədə sahibkardan rüşvət alarkən ifşa olundu – Həbs edildi

User 03 Noyabr 2026 - 11:24
Tramp Putini və Zelenskini eyni masaya gətirir – Rusiya-Ukrayna müharibəsi başa çatır? tramp putin zelenski01
  • Dünya

Tramp Putini və Zelenskini eyni masaya gətirir – Rusiya-Ukrayna müharibəsi başa çatır?

User 03 Noyabr 2026 - 10:51
Nostradamusun 2027-ci il proqnozları – İran, Qara dəniz və böyük maliyyə böhranı nostradamus
  • Maraqlı

Nostradamusun 2027-ci il proqnozları – İran, Qara dəniz və böyük maliyyə böhranı

User 03 Noyabr 2026 - 10:44
Məişət zorakılığı və erkən nikaha qarşı maarifləndirici tədbir keçirilib a01
  • QHT

Məişət zorakılığı və erkən nikaha qarşı maarifləndirici tədbir keçirilib

User 03 Noyabr 2026 - 10:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.