“Almaniya və İtaliya Rusiya qazını rublla almağa razılıq verdi” –“Reuters”

Almaniya və İtaliyanın hökumət orqanları şirkətlərə Rusiya qazının alınması üçün rublla hesablar açmağa icazə verib.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin iki mənbəsi bildirib ki, alman qaz idxalçıları Rusiya qazı üçün ödəniş etmək üçün rubl hesablarının açılmasının mümkünlüyü barədə Berlindən bildiriş alıblar. Qeyd olunur ki, Almaniya bu məsələdə Avropa İttifaqı ilə sıx koordinasiyada hərəkət edib.

“Reuters” yazır ki, İtaliya hökuməti də Avropa Komissiyası ilə əlaqə saxlayıb və Rusiya qazının qanuni şəkildə necə alınacağına dair dəqiqləşdirmələr aparıb. Bu, İtaliyanın enerji şirkəti “Eni”nin iki hesabın (biri avroda, digəri isə rublda) açılması prosedurunun başlandığını elan etməsindən əvvəl baş verib. Bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putin bildirmişdi ki, bir sıra Avropa ölkələri Rusiya neft və qazından uzun müddət imtina edə bilməyəcəklər.

Azpost.info

Əvvəlki məqalə

Şeyxülislam beynəlxalq konfransın iştirakçıları ilə görüşüb –

Sonrakı məqalə

Ermənistan Kəlbəcərdəki mövqelərimiz atəşə tutulub –