Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

Şeyxülislam Dini Abidələrin Qorunması üzrə Qlobal Konfransda çıxış edib

User 28 Noyabr 2024 - 17:07 (Last updated: 21 May 2025 - 20:15)
seyx portuq

Portuqaliyanın Kaşkai şəhərində keçirilən BMT Sivilizasiyalar Alyansının (UNAOC) “Sülhdə birlik – etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması” mövzusunda 10-cu Yubiley Qlobal Forumunda iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 27-də Forum çərçivəsində keçirilən Dini Abidələrin Qorunması üzrə Qlobal Konfransa qatılıb.

QMİ-nin mətbuat xidmətindən bildirilib ki, tədbirdə çıxış edən şeyxülislam A.Paşazadə qütbləşən, real nüvə təhlükəsi ilə üz-üzə qalan dünyada ksenofobiya təzahürlərinin, milli, dini, irqi zəmində qarşıdurmaya təşviq edən nifrət çağırışlarının artmaqda olduğu hazırkı dövrdə qlobal miqyasda etimadın bərpası ədalətli və rifahlı gələcəyin formalaşdırılması üçün zəruri şərtdir.

“Sülh və gələcəyə dair qlobal problemlərin həllində dinc birgəyaşayış, qarşılıqlı anlaşma mədəniyyəti, sivilizasiyalararası və dinlərarası dialoq və əməkdaşlıq, multikulturalizm ideyaları xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti İlham Əliyevin təbirincə desək, sivilizasiyalar və mədəniyyətlər arasında dialoqun təşkili dünyada əhəmiyyət baxımından ən təxirəsalınmaz vəzifələrdən biridir. Təqdirəlayiqdir ki, BMT və onun 20 illik tarixə malik Sivilizasiyalar Alyansı bu mühüm istiqaməti daim diqqətdə saxlayır”, – deyə o bildirib.

İki yüz ölkənin yekdil qərarı ilə COP29-a ev sahibliyi etməyə layiq görülmüş multikultural Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü və suverenliyini məhz BMT-nin Nizamnaməsinə və təşkilatın Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq təmin etdiyini vurğulayan A.Paşazadə bu gün ölkəmizin işğaldan azad olunmuş ərazilərdə şəhər və kəndləri yenidən qurması, dağıdılmış, təhqir olunmuş milli, dini-mənəvi irs nümunələrini, bütün dinlərə məxsus abidələri yenidən bərpa və inşa etməsi barədə danışıb.

“Kultursidə məruz qalmış ərazilərimizdə dini-mənəvi irsin bərpası və qorunması istiqamətində gördüyümüz işlərə BMT Sivilizasiyalar Alyansının dəstəyini hər zaman hiss etmişik və buna görə də hədsiz minnətdarıq. Azərbaycanda dəfələrlə səfərdə olmuş Migel Anxel Moratinos ölkəmizin sivilizasiyalararası dialoq prosesində rolu, multikultural mühit, dinlərarası səmərəli əməkdaşlığın və din-dövlət münasibətlərinin səviyyəsi barədə kifayət qədər məlumatlıdır. Bildiririk ki, dinlərarası əməkdaşlığın və məzhəblərarası anlaşmanın nadir nümunəsinə malik Azərbaycan sivilizasiyalararası dialoqa hər zaman töhfələr vermək iqtidarındadır”,- deyə QMİ sədri əlavə edib.

COP29 çərçivəsində Dini Liderlərin Qlobal Sammiti zamanı qəbul edilmiş Bakı Bəyannaməsində dini liderlərin Yaşıl Dünya naminə səylərini uğurla koordinasiya etmək üçün COP nəzdində Məşvərət Şurasının təsis olunmasının təklif edildiyini xatırladan şeyxülislam artıq qurumun yaradılmasının zamanı çatdığını vurğulayıb.

Post navigation

Previous: Borrel Haaqa Məhkəməsinin orderlərini yerinə yetirməyə
Next: “Sülhü güc yolu ilə təmin edəcəyik”

Oxşar xəbərlər

seyx zefer
  • Din

Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib

User 08 Noyabr 2026 - 13:33
SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50

xƏBƏR

Pensiyaçı
  • Baş Yazı

2027-ci ildə pensiyaya çıxmaq istəyənləri nə gözləyir? – Yaş həddi və yeni qaydalar

User 09 Noyabr 2026 - 11:51
Pensiya yaşı, sığorta stajı, pensiya kapitalı və indeksləşmə ilə bağlı yeniliklər Azərbaycanda 2027-ci ildə pensiyaya çıxmağa hazırlaşanları...
Read more about 2027-ci ildə pensiyaya çıxmaq istəyənləri nə gözləyir? – Yaş həddi və yeni qaydalar
Rusiya Ermənistana xəbərdarlıq etdi – Paşinyandan nə tələb olunur? Trampın Qafqaz
  • Dünya

Rusiya Ermənistana xəbərdarlıq etdi – Paşinyandan nə tələb olunur?

User 09 Noyabr 2026 - 11:41
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir herbi yurus
  • Sosial

Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir

User 09 Noyabr 2026 - 11:30
Azərbaycanda Dövlət Bayrağı Günüdür ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.