Şeyxülislam ICESCO-nun baş direktoru ilə görüşüb –FOTO

İtaliyanın Bolonya şəhərində keçirilən “G20 VIII Dinlərarası Forum”da iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Salim bin Məhəmməd əl-Maliklə görüşüb.
Görüşdə şeyxülislam Azərbaycanın haqq işində və torpaqlarının azadlığı uğrunda apardığı 44 günlük Vətən müharibəsi dövründə göstərdiyi mənəvi dəstəyə görə ICESCO-nun baş direktoruna təşəkkür edib. QMİ sədri azad edilən ərazilərdə hazırda aparılan bərpa işləri barədə məlumat verib.
ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik yanvar ayında ölkəmizə səfərini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşünü məmnunluqla xatırlayıb. İşğaldan azad olunan ərazilərə, dağıdılan və yerlə-yeksan edilən şəhərlərə səfər etdiyini, orada gördüklərinin qeyri-insani əməl və bəşəriyyət əleyhinə cinayət olduğunu bildirib. ICESCO-nun baş direktoru Azərbaycan hökumətinin azad edilən əraziləri tez bir zamanda yenidən quracağına əminliyini bildirib.
Görüşdə Qafqaz Müsəlmanları İdarəsi ilə ICESCO-nun əlaqələrinin mövcud vəziyyəti və tərəfdaşlığın perspektivləri müzakirə edilib.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Avropa İttifaqının yeni nümayəndəsi etimadnaməsini XİN rəhəbrinə təqdim edib

Sonrakı məqalə

Hərracda 8 dövlət əmlakı özəlləşdirilib