Şeyxülislam İtaliyada KAICIID-in Baş katibi ilə görüşüb

İtaliyanın Bolonya şəhərində keçirilən “G20 VIII Dinlərarası Forum” çərçivəsində tədbirin tərəfdaşlarından olan KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibi Feysəl bin Muammar tərəfindən görüş təşkil olunub.
Görüşdə əsas qonaq qismində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə və Konstantinopol Patriarxı I Varfolomey iştirak ediblər.
Şeyxülislam Azərbaycandakı hazırkı vəziyyət barədə görüş iştirakçılarını məlumatlandırıb. QMİ sədri, eyni zamanda, dinlərarası dialoqun genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə, həmçinin nüfuzlu beynəlxalq təşkilatların və dini qurumların liderləri, o cümlədən də İraq Dinlərarası Dialoq Şurasının (ICID) həmtəsisçisi Seyid Cavad Məhəmməd Təqi əl-Xoyi və başqaları iştirak ediblər.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

İtaliyada keçirilən “G20 VIII Dinlərarası Forum”u başa çatıb

Sonrakı məqalə

Türkiyənin Gəncədəki Baş Konsulluğunda Bakının azad olunmasnın ildönümü qeyd edilib