Şeyxülislam İtaliyada Konstantinopol Patriarxı I Varfolomeylə görüşüb –FOTO/VİDEO

Bolonya şəhərində keçirilən “G20 VIII Dinlərarası Forum” çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Konstantinopol Patriarxı I Varfolomeylə görüşüb.

Görüşdə şeyxülislam forumun dünyanı narahat edən aktual məsələlərin müzakirəsi üçün mühüm platforma olduğunu vurğulayıb. QMİ sədri Konstantinopol Patriarxı I Varfolomeyin bu vacib foruma təşrif buyurmasının əhəmiyyətini qeyd edib.

Konstantinopol Patriarxı I Varfolomey isə öz növbəsində şeyxülislam Allahşükür Paşazadə ilə keçirdiyi görüşləri xatırladıb, bundan sonra da bu kimi platformalarda birgə fikir mübadiləsinin dinlərarası dialoqa töhfə verəcəyini bildirib.

Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Məktəbin açılması yoluxma hallarının artmasına səbəb olur” –

Sonrakı məqalə

DİN bu il narkotacirlərə qarşı aparılmış əməliyyatlar barədə məlumat açıqladı