Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

Şeyxülislam “Mormon Kilsəsi”nin nümayəndələrini qəbul edib

User 11 Mart 2025 - 16:54 (Last updated: 21 May 2025 - 20:15)
seyx mesih01

Martın 11-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan ABŞ-ın “İsa Məsih Son Günlərin Müqəddəsləri Kilsəsi” rəhbərliyinin nümayəndəsi, Ağsaqqal Cak Cerardı və kilsənin Mərkəzi Avropa nümayəndəsi Pol Pikardı qəbul edib.

Bu barədə QMİ mətbuat xidməti məlumat verib.

Cənab Cak Cerard Şeyxülislam Allahşükür Paşazadənin simasında kilsə rəhbərliyi adından bütün Azərbaycan müsəlmanlarını müqəddəs Ramazan ayı ilə əlaqədar təbrik etdi və xoş arzularını dilə gətirdi. Amerikalı qonaq Azərbaycana bir daha səfər etməkdən, ölkəmizdə hər zamanki kimi səmimiyyət və qonaqpərvərliklə qarşılanmaqdan  böyük məmnuniyyət duyduğunu ifadə edib.

Şeyxülislam həzrətləri qonaqları “İsa Məsih Son Günlərin Müqəddəsləri Kilsəsi”nin ölkəmizdə qeydiyyatdan keçməsi və Azərbaycanın dinlərarası ailəsinə qoşulması münasibətilə təbrik edib. 2022-ci ildəki Yuta səfərini və orada kilsənin rəhbərliyi ilə görüşlərini məmnuniyyətlə xatırlayan QMİ sədri “İsa Məsih Son Günlərin Müqəddəsləri Kilsəsi”nin prezidenti cənab Nelsona və kilsə rəhbərliyinə öz salam-dualarını göndərib.

Tərəflər qarşılıqlı əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq ikitərəfli əməkdaşlığın yeni perspektivlərini müzakirə ediblər. Cənab Cerard qeyd etdi ki, kilsə rəhbərliyi Şeyxülislam həzrətlərini cari ilin payızında öz ənənəvi ümumi yığıncağında fəxri qonaq qismində görmək arzusundadır və bununla bağlı QMİ sədrinə müvafiq dəvət məktubu ünvanlayacaq. Şeyxülislam həzrətləri bu təşəbbüsə görə öz təşəkkürlərini bildirib.

Görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru R.Həsənov və Azerbaycan Respublikasının Dini Qurulmarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi A.Cavadov iştirak edib.

Post navigation

Previous: Dövlət Xidməti həbsdə olan əmlakı idarə edəcək
Next: Qarayazı Qoruğundakı yanğının söndürülməsi üçün tədbirlər görülür

Oxşar xəbərlər

SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50
dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23

xƏBƏR

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya parlament seçkilərində Knessetdə 53 mandat qazanıb. Bununla da hökumət...
Read more about Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.