Mayın 11-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçirdiyi imtahanlarda uğur qazanaraq ibadət yerlərinə təyinat alan bir qrup din xadimi ilə görüşüb.
QMİ-dən verilən məlumata görə, din xadimlərini təbrik edən Şeyxülislam həzrətləri onlara xoş arzularını və xeyir-dualarını çatdırdı. Ölkədəki din-dövlət münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edən QMİ sədri yeni təyin edilən din xadimlərinin bu əlaqələrin inkişafına, vəhdətimizin möhkəmlənməsinə öz töhfələrini verəcəyinə inandığını bildirib.
Şeyxülislam Allahşükür Paşazadə dini, milli-mənəvi dəyərlərimizin qorunması, İslamın doğru-düzgün təbliği, xüsusi ilə gənclər arasında maarifləndirmənin və xarici qüvvələrin radikal meylərinin qarşısının alınması sahəsində bu gün din xadimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd etdi. Dini mərkəz olaraq QMİ-nin verdiyi fətvaların, moizə və xütbələrin icrası ilə bağlı tövsiyələrini çatdırıb.
Sonda din xadimlərinə Qurani-Kərim və QMİ-nin fəaliyyətindən bəhs edən kitablar hədiyyə olunub.