Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

Şeyxülislam Səudiyyə Ərəbistanında keçirilən konfransda çıxış edib –

User 11 May 2022 - 20:58 (Last updated: 21 May 2025 - 20:15)
seyx seud
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam A. Paşazadə Səudiyyə Ərəbistanında səfərdədir.
İslam Aləmi Liqasının Baş katibi Dr. Əbdülkərim Əl-İsanın dəvəti ilə Beynəlxalq Rabitə təşkilatının 11 may tarixində Ər-Riyadda «Dinlərin davamçıları arasında ortaq dəyərlər» mövzusunda keçirilən beynəlxalq konfransında iştirak edən Şeyxülislam A. Paşazadə məruzə ilə çıxış edib.
Bu barədə QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan, Qafqaz müsəlmanları adından mötəbər forumu salamlayan QMİ sədri Şeyxülislam A. Paşazadə İslam Peyğəmbərinin vətəni olan Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda dünya dinlərinin təmsil olunduğu belə möhtəşəm tədbir keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirib. Sülhə, dinlərarası və sivilizasiyalararası dialoqun inkişafına töhfə verəcək tədbirdə müasir problemləri birlikdə müzakirə etmək imkanı yaratdığına görə İki Müqəddəs Ocağın Xadimi, Əlahəzrət Kral Salman bin Əbdüləziz Əl-Saud həzrətlərinə və Vəliəhd – Məhəmməd bin Salman həzrətlərinə minnətdarlıq ifadə edən Şeyxülislam A. Paşazadə özəlliklə Azərbaycan Prezidenti İlham Əliyev cənablarının Səudiyyə Ərəbistanı xalqına və kral  həzrətlərinə salamlarını və xeyir-dualarını yetirməkdən şərəf duyduğunu bildirib, Səudiyyə Ərəbistanı Krallığının bu təşəbbüsünün beynəlxalq müstəvidə qarşılıqlı anlaşma mühitinin möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.
Şeyxülislam A. Paşazadə xüsusi qeyd edib ki, Uca Rəbbin yaratdığı ən böyük dəyər olan insan həyatının xilası qanunların, mənəviyyatın və ədalətin aliliyi ilə mümkündür, lakin təəssüf ki, bəşəriyyətə təhdid olan amillərin reallaşması və böhranların dərinləşməsi  beynəlxalq hüquq normalarına riayət olunmaması, insan hüquqlarının pozulması, ikili standartlar, qəbul edilən qərarların yerinə yetirilməməsi və ən başlıcası – dünyada sülhün təmin olunmasında Birləmiş Millətlər Təşkilatının həlledici rolunun azalması ilə əlaqədardır.
QMİ sədri məruzəsində dünya ictimaiyyətini milli, irqi, dini zəmində dözümsüzlüyə yox deməyə çağırıb. Azərbaycanın dinlərarası dostluq və qardaşlıq mühitində birgəyaşayış ənənələrini bütün dünya üçün örnək olaraq təqdim edən Şeyxülislam A. Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi Bakı prosesinin sivilizasiyalarası dialoqun davamlı inkişafına və multikulturalizm ideyalarının təbliğinə xidmət etdiyini xüsusi vurğulayıb.
Dünyada baş verən münaqişələrin, özəlliklə Ukraynada yaşanan humanitar fəlakətin hamımızı narahat etməsindən bəhs edən QMİ sədri, bu əsnada, müharibə dəhşətlərini və qaçqın fəlakətlərini yaşamış Azərbaycanın 20 faiz torpaqlarının 30 ilə yaxın Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalması, xalqımıza qarşı etnik təmizləmə və genosid siyasəti həyata keçirilməsini xatırladıb. Azərbaycanın beynəlxalq hüquq normalarına və BMT-nin 4 qətnaməsinə əsaslanaraq dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etdiyini qeyd edən Şeyxülislam A. Paşazadə işğal dövründə törədilmiş vandalizm aktları nəticəsində dağıdılmış, təhqir olunmuş milli, dini-mənəvi abidələrimizin bərpasından, işğaldan azad edilmiş torpaqlarımızı minalardan təmizləyərək yenidənqurma işləri aparmağımızdan bəhs edib.

Post navigation

Previous: “Yaxın vaxtlarda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü planlaşdırılır”-
Next: Çexiya Senatı Rusiyanın Ukraynada törətdiklərini soyqırımı kimi tanıyıb

Oxşar xəbərlər

SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50
dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23

xƏBƏR

KTMT
  • Dünya

KTMT-dən Azərbaycan və Ermənistanla bağlı açıqlama: Sülh sazişinə ümid edirlər

User 03 Noyabr 2026 - 15:50
KTMT Ermənistanla Azərbaycan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir. Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş...
Read more about KTMT-dən Azərbaycan və Ermənistanla bağlı açıqlama: Sülh sazişinə ümid edirlər
Əli Kərimlinin məhkəməsi başlayıb eli kerimli
  • Sosial

Əli Kərimlinin məhkəməsi başlayıb

User 03 Noyabr 2026 - 15:45
Kartdan pul çıxaranları hansı xərclər gözləyir? – 1 faizlik vergi kimlərə aiddir? Kart
  • İqtisadiyyat

Kartdan pul çıxaranları hansı xərclər gözləyir? – 1 faizlik vergi kimlərə aiddir?

User 03 Noyabr 2026 - 15:43
Tramp üçün həlledici seçki: 57 milyon insan artıq səs verib – Konqres kimin nəzarətinə keçəcək? abs konqres
  • Dünya

Tramp üçün həlledici seçki: 57 milyon insan artıq səs verib – Konqres kimin nəzarətinə keçəcək?

User 03 Noyabr 2026 - 15:33
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır budce
  • İqtisadiyyat

Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır

User 03 Noyabr 2026 - 15:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.