Şeyxülislam Türkmənistan prezidentini təbrik edib

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə  Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedovu ad günü münasibətilə təbrik edib.

Azpost.info bildirir ki, bu barədə QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan və Türkmənistan xalqları arasındakı tarixən mövcud olan və müqəddəs İslam dininə söykənən mənəvi əlaqələrin bundan sonra da qorunub saxlanılması uğrunda göstərilən səylərə öz dəstəyini bildirən Şeyxülislam MDB Dinlərarası Şuranın həmsədri, MDB müsəlmanları Məşvərət Şurasının sədri olaraq Türkmənistan liderini öz adından və MDB məkanının bütün müsəlmanları adından təbrik edib, ona uzun ömür və uğurlar diləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“İndi dövlət mən adda jurnalist tanımır” –

Sonrakı məqalə

Türkiyə ABŞ-da Atatürkün heykəlinin təhqir olunması ilə bağlı araşdırmaya başlayıb