Si Cinpin Çinin yenidən birləşməsini tarixi zərurət adlandırıb

Çinin materik hissəsinin Tayvan adası ilə birləşməsi tarixi zərurətdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Çin Prezidenti Si Cinpin Yeni il müraciətində bildirib.

“Vətənin yenidən birləşməsi tarixi zərurətdir. Tayvan boğazının hər iki tərəfindəki soydaşlar birləşməli və milli dirçəlişin böyük şöhrətini paylaşmalıdırlar”, – deyə Çin Mərkəzi Televiziyası onun sözlərindən sitat gətirib.

Əvvəlki məqalə

Qəzzada ölənlərin sayı 22 minə yaxınlaşıb

Sonrakı məqalə

Prezident İlham Əliyevin Həmrəylik Günü və Yeni il münasibətilə