Çin lideri Si Cinpin mayın 5-dən 10-dək Fransa, Serbiya və Macarıstana səfər edəcək.
Azpost.info xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çunyin məlumat verib.
“Fransa prezidenti Emmanuel Makron, Serbiya prezidenti Aleksandr Vuçiç, Macarıstan prezidenti Tamaş Şuyok və baş nazir Viktor Orbanın dəvəti ilə Çin lideri Si Cinpin mayın 5-dən 10-dək bu üç ölkəyə dövlət səfərləri edəcək”, – Hua Çunyin bildirib.
Azpost.info