Si Cinpinlə Bayden arasında telefon danışığı olub

Çin sədri Si Cinpin ABŞ prezidenti Co Baydenlə telefon danışığı aparıb.

Azpost.info xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, liderlər Pekin və Vaşinqton arasında münasibətlərə dair açıq və dərin fikir mübadiləsi aparıblar, həmçinin hər iki ölkəni maraqlandıran məsələləri müzakirə ediblər.

“NBC News”un məlumatına görə, Bayden və Si Cinpin Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyat fonunda Çinin Rusiya ilə ticarət əlaqələrini, həmçinin kiberhücumlar və seçkilərə müdaxilə problemlərini də müzakirə ediblər.

Bundan başqa, liderlər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə səyləri mövzusunu qaldırıblar.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.