Silahlı dəstə BMT-nin maşın karvanına hucum etdi –

İtaliyanın Konqodakı səfiri öldürüldü
22 Fevral 2021 - 15:27

İtaliyanın Konqo Demokratik Respublikasındakı səfirinin olduğu konvoya hücum olub.

APA-nın “Telegraph”a istinadən verdiyi xəbərə görə, yaraqlılar ölkənin şərqində yerləşən Kanyamahoro şəhəri yaxınlığında BMT-nin konvoyuna hücum edib.

Hücum nəticəsində üç nəfər həlak olub, onlardan biri İtaliyanın bu ölkədəki səfiri Luka Attanasiodur.

Məlumata görə, hücumun əsas məqsədi avtomobildəki şəxsləri girov götürmək olub.

Səfirin həlak olması xəbərini İtaliya Xarici İşlər Nazirliyi də təsdiqləyib.