Silahlı dəstə BMT-nin maşın karvanına hucum etdi –İtaliyanın Konqodakı səfiri öldürüldü

İtaliyanın Konqo Demokratik Respublikasındakı səfirinin olduğu konvoya hücum olub.

APA-nın “Telegraph”a istinadən verdiyi xəbərə görə, yaraqlılar ölkənin şərqində yerləşən Kanyamahoro şəhəri yaxınlığında BMT-nin konvoyuna hücum edib.

Hücum nəticəsində üç nəfər həlak olub, onlardan biri İtaliyanın bu ölkədəki səfiri Luka Attanasiodur.

Məlumata görə, hücumun əsas məqsədi avtomobildəki şəxsləri girov götürmək olub.

Səfirin həlak olması xəbərini İtaliya Xarici İşlər Nazirliyi də təsdiqləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azad Cəfərli Dövlət Xidmətinin rəisi təyin edilib –

Sonrakı məqalə

Əlibaba Məmmədovun 70 yaşlı qızı vəfat edib: