Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Silikon Vadisindən Azərbaycan təhsilinə gedən yol

User 25 Aprel 2023 - 18:28 (Last updated: 21 May 2025 - 20:15)
Press release Khan (10)

Azərbaycanda 2017-ci ildən könüllülər tərəfindən əsası qoyulmuş və bu gün də icrası davam edən dünyaca məşhur pulsuz onlayn təhsil platforması “Khan Academy Azərbaycanca” layihəsi artıq Azərbaycan təhsil ocaqlarında tədris olunur.

az.khanacademy.org təhsil platforması üzərindən artıq şagirdlər bilik və bacarıqlarını təkmilləşdirə bilərlər.

Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində Bakı şəhəri Sabunçu rayonunun Maştağa qəsəbəsindəki 255 saylı tam orta  məktəbdə oktyabr ayının ilk həftəsindən etibarən “Khan Academy Azərbaycan” layihəsi start götürüb. Layihənin keyfiyyətli şəkildə aparılması, müəllimlərin layihə ilə bağlı məlumatlandırılması məqsədilə “Khan Academy Azərbaycanca” komandası tərəfindən mentor dəstəyi verilib, platformadan düzgün və problemsiz istifadə qaydaları izah edilib.

Məktəbin ibtidai sinif müəllimləri böyük həvəslə sözügedən layihə üzrə dərslərin aparılmasında iştirak ediblər. Layihə çərçivəsində dərslərin təşkili üçün məktəb texniki avadanlıqla təmin olunub. 2, 3 və 4-cü sinif şagirdlərini əhatə edən layihə şagirdlər tərəfindən böyük sevinc və maraqla qarşılanıb. Layihəyə calb edilən şagirdlər dərsdənkənar məşğələlər formasında həftədə 2-3 dəfə olmaqla “Khan Academy Azərbaycanca” platforması üzərindən “Riyazi bacarıqların inkişafı və təkmilləşdirilməsi” üzrə dərslərə cəlb ediliblər.

Layihə şagirdlər üçün sinif daxilində və xaricində bilik və texniki bacarıqlarını artırmaq üçün imkan yaradıb. Əlavə olaraq “Khan Academy Azərbaycanca” layihəsi uşaqların davamiyyətinə yüksək təsir göstərib. Şagirdlərlə yanaşı, valideynlərin də marağına səbəb olan layihə onların şagirdlərə evdə işləmək üçün şərait yaratmalarına da səbəb olub.

“Khan Academy Azərbaycanca” layihəsi çərçivəsində çalışan əməkdaşlar və könüllülər Azərbaycan dilinin qorunub saxlanılmasında dövlət siyasətinə dəstək verərək, Azərbaycan dilinin zamanın tələblərinə uyğun inkişafını­, qorunmasını və virtual məkanda daha geniş istifadəsini və təbliğini təmin etmək məqsədilə dünya səviyyəli (onlayn) təhsil platformalarının Azərbaycan dilində mövcudluğunu təmin edib. Layihənin icrasına “Khan Academy Azərbaycanca” komandasına Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi dəstək olub.

 

 

 

 

Post navigation

Previous: “Kreml rus mafiyasına casusları maliyyələşdirmək göstərişi verib”
Next: PA Vətəndaş Qəbulu Mərkəzində MAY üçün vətəndaşların qəbulu –

Oxşar xəbərlər

hava proqnozu haqqında
  • Sosial

Noyabrın 1-nə olan hava proqnozu

User 31 Oktyabr 2026 - 13:03
xalca sexi
  • Sosial

Azərbaycanda xalça istehsalı 61 dəfədən çox artıb

User 31 Oktyabr 2026 - 12:16
aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10

xƏBƏR

abs iran savas
  • Dünya

İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?

User 31 Oktyabr 2026 - 18:54
Səudiyyə Ərəbistanı və Türkiyə ABŞ prezidenti Donald Trampı İranla bağlı diplomatik səylərə daha çox vaxt ayırmağa çağırıb....
Read more about İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?
Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp Tramp
  • Dünya

Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp

User 31 Oktyabr 2026 - 18:34
Ərdoğan Zelenskini qəbul edib erdoqan zelenski
  • Dünya

Ərdoğan Zelenskini qəbul edib

User 31 Oktyabr 2026 - 18:00
İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır IRAN RAKET
  • Dünya

İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır

User 31 Oktyabr 2026 - 15:32
Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları messi esas
  • İdman

Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları

User 31 Oktyabr 2026 - 15:12
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.