Şimal bölgəsində gecə 22 dərəcə şaxta olub

Ötən gün axşam saatlarında şimal bölgəsində qar yağmağa davam edib.

Ən çox yağıntı Qubanın Xınalıq kəndində qeydə alınıb. Burda qarın hündürlüyü 50 sm-ə çatıb. Qubanın Qrız kəndində qarın hündürlüyü 42 sm, Xaltanda 20 sm,  Xızının Altıağac qəsəbəsində 28 sm, Qubanın mərkəzində 15 sm, Şabranda 3 sm, Qusarın Yasab kəndində 16 sm olub.

Qubanın Qrız kəndində temperatur mənfi 22-dək, Xınalıqda isə mənfi 20-dək enib. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qalib elan olunmayan 7 dairə –

Sonrakı məqalə

Qarabağ qazisi Qoşqar Hacıyev vəfat edib