Şimali Koreya lideri Kim Çen In koronavirusa yoluxub- Bacısı açıqladı

Şimali Koreya lideri Kim Çen In koronavirusa yoluxub.

Azpost.info xəbər verir ki, bunu onun bacısı, Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin müdir müavini Kim Yo Çjon bildirib.

Onun sözlərinə görə, qardaşı artıq sağalıb, lakin xəstəlik dövründə hər an işinin başında olub: “O, yüksək hərarətlə ağır xəstə olsa da, epidemiya əleyhinə mübarizə zamanı qayğısına qalmalı olduğu insanları bir dəqiqə belə, düşünməyə bilmədi”.

Kim Çjon bu bəyanatı epidemiya əleyhinə tədbirlərə həsr olunmuş iclasda səsləndirib. İclasda Kim Çen Inın özü respublikanın koronavirus üzərində minimum itki ilə qalib gəldiyini elan edib. Dediyinə görə, ölkədə COVID-19 qurbanlarının rəsmi sayı 74 nəfər olub.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

Sonrakı məqalə

Lökbatanda vulkan püskürüb