Real həyat hadisələrini “proqnozlaşdırması” ilə tanınan Amerika cizgi serialı olan “Simpsonlar”ın köhnə bir bölümündə internet istifadəçiləri bu gün dünyannın müzakirə elədiyi hantavirusa işarə aşkar ediblər.
Azpost.info bildirir ki, bölümün süjetinə görə, dünya yeni bir hantavirus ştammı səbəbindən qlobal fəlakətin astanasındadır. İstifadəçilər süjetin mövcud hadisələrlə demək olar ki, eyni olduğunu qeyd ediblər. Bu bölümdə personajlar Xəstəliklərə Nəzarət Mərkəzlərinin generalı Uilyam Sallivandan təcili mesaj alırlar. General “Pandora” virusunun ölümcül epidemiyasının sürətlə yayıldığını və təhlükənin qlobal karantin tələb etdiyini bildirir.
Bölümdə həmçinin kruiz gəmilərinin infeksiyadan qaçmaq üçün limana qayıtmamaq, dənizdə qeyri-müəyyən müddətə qalmaq əmri verildiyi də göstərilib.