Sinzo Abenin qatili ilə bağlı psixiatrik müayinənin rəyi- AÇIQLANDI

2022-ci ilin yayında Yaponiyanın keçmiş Baş naziri Sinzo Abeni güllələyərək ölümünə səbəb olan Tetsuya Yamaqaminin məcburi psixiatrik müayinədən sonra ağlı başında olduğu elan edilib.

Azpost.info xəbər verir ki, Yanaqami qapalı tibb müəssisəsindən Nara Şəhər Polis Həbsxanasına köçürülüb. Yanvarın 13-də o, qətldə və qanunsuz silah saxlamaqda ittiham olunacaq.

Araşdırmaya görə, rayon prokurorluğu Yamaqaminin psixiatrın rəyi əsasında cinayət məsuliyyətinə cəlb oluna biləcəyini müəyyən edib.

Abe iyulun 8-də Yaponiyanın Nara şəhərində çıxışı zamanı ölümcül yaralanıb. Yamaqami silahla keçmiş Baş naziri iki dəfə güllələyib, onu boyun və sinəsindən yaralayıb. Xəstəxanaya çatdırılan siyasətçi qan itkisindən dünyasını dəyişib.

Azpost.info

Əvvəlki məqalə

“Qar və buzlaşma səbəbindən yol qəzalarında 3 nəfər ölüb, 21 nəfər xəsarət alıb”

Sonrakı məqalə

Prezident İlham Əliyev televiziya kanallarına müsahibə verir