Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Şirniyyat yeyərkən nəyə diqqət etmək lazımdır?

User 25 Mart 2024 - 08:54 (Last updated: 21 May 2025 - 20:15)
sirniyyat

Unlu və şəkərli olmaqla iki qrupa bölünən qənnadı məmulatları tərkibi, qidalılıq dəyəri və hazırlanma texnologiyasına görə fərqlənir. Unlu qənnadı məmulatlara peçenye, pryanik, vafli, tort, piroq, keks və s., şəkərli qənnadı məmulatlara isə marmelad, karamel, şokolad, mürəbbə, cem və s. kimi məhsullar aiddir.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qənnadı məmulatlarından istifadə zamanı diqqət olunmalı məsələlərə dair maarifləndirici məlumatını təqdim edirik:

İlk növbədə qeyd edək ki, qənnadı məmulatlarının daşınma və saxlanma rejiminə düzgün riayət edilməlidir. Bu rejimə əməl olunmadıqda məhsul insan sağlamlığı üçün ciddi təhlükə mənbəyinə çevrilir. Tərkibinə xaricdən bir çox zərərli kimyəvi maddələrin, o cümlədən ağır metal duzların, toksiki elementlərin, həmçinin mezofil və anaerob mikroorqanizmlər, kif və maya göbələklərinin düşməsi nəticəsində məhsulların keyfiyyəti itə bilər. Sadalanan maddələrin miqdarı çirkləndirici maddələrin yolverilən maksimum miqdarını keçdikdə isə insan orqanizmində ciddi xəstəliklər yarana bilir.

Məhsulun düzgün qablaşdırılması onun xarici təsirlərdən etibarlı şəkildə qorunması üçün vacib şərtdir. Qablaşdırma prosesi məhsulun konkret çeşidi, eləcə də normativ texniki sənədlərin tələbinə uyğun olmalıdır. Məmulatlar əsasən içərisinə perqament kağızı sərilmiş taxta, yaxud karton yeşiklərə, çəki ilə satılanları isə karton qutu və sellofan paketlərə qablaşdırılır. Mürəbbə, cem kimi şəkərli qənnadı məmulatlar isə şüşə və ya tənəkə bankalara qablaşdırılaraq satışa çıxarılır. Qablaşdırılmayan məhsullar haqqında informasiya ticarət obyektində məlumat vərəqində aydın şəkildə göstərilməlidir. Hər bir istehlakçı bu tip məhsulları alarkən onun saxlanma şəraitinə, qablaşdırmanın üzərindəki etiket məlumatlarına diqqət yetirməlidir.

Draje birbaşa günəş şüasının təsirinə məruz qalmadan saxlanılmalıdır. Karamel, halva 18 °C-dən yüksək olmayan temperaturda və havanın nisbi rütubəti 75 %-dən çox olmayan şəraitdə saxlanmalıdır. Düzgün saxlanma rejiminə riayət edilmədikdə halvadan yağ axır, acılaşır, xoşagəlməz dad və qoxuya malik olur. Havanın nisbi rütubətinin artması da yağın axmasına səbəb olur. Şokoladı isə 18 °C-dən yüksək olmayan temperaturda və havanın nisbi rütubəti 75 %-dən çox olmamaqla quru, təmiz, yaxşı havalandırılan, birbaşa günəş işığı düşməyən yerdə saxlamaq lazımdır.

Tez xarab olan qənnadı məhsullarının daşınması xüsusi nəqliyyat vasitələrində 6 °C-dən aşağı temperaturda həyata keçirilməlidir. Məhsulların saxlanma rejimini xarakterizə edən əsas göstəricilər havanın temperaturu və nisbi rütubəti, sanitar-gigiyenik şərtlər, işıqlandırma, havalandırılmadır. Məhsulların düzgün yerləşdirilməsi, eləcə də mal qonşuluğu prinsipinə riayət edilməsi zəruridir.

Unlu qənnadı məmulatlarının dadı və iyi isə çeşidinə müvafiq olmaqla, kənar iy və dad verməməlidir. Unlu qənnadı məmulatlar soyuducuda əsasən 18 °C-dən aşağı temperaturda və 65-75 %-dən yuxarı olmayan nisbi rütubətdə saxlanmalıdır. Açıq şəkildə satılan qənnadı məmulatları, xüsusilə də unlu qənnadı məhsulları xüsusi vitrin arxasında saxlanaraq istehlakçılardan təcrid edilməlidir. Bu tip məhsullar yalnız əlcək, maska, bone və digər xüsusi gigiyenik vasitələrlə təmin olunmuş işçi heyət tərəfindən istehlakçılara təqdim edilməlidir.

Azpost.info

Post navigation

Previous: Dünyada yaşayan milyonerlərin sayı açıqlanıb
Next: “Son həftədə Rusiya Ukraynaya 1 000-dən çox raket, bomba və dron atıb” –

Oxşar xəbərlər

5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08
asif
  • Sosial

Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama

User 23 Oktyabr 2026 - 16:45
narko
  • Sosial

Narkotacirlər ələ keçdi- 82 kilo narkotik və 6 min həb tutuldu

User 23 Oktyabr 2026 - 16:09

xƏBƏR

dron hava sari
  • Dünya

Hava şarları ilə idarə olunan PUA-lar Moskva aeroportlarına hücum edib

User 23 Oktyabr 2026 - 18:37
Ukrayna ordusu hava şarları ilə idarə olunan PUA-larla Moskva hava limanlarına hücum edib. PUA-lar Vnukovo, Domodedovo və...
Read more about Hava şarları ilə idarə olunan PUA-lar Moskva aeroportlarına hücum edib
“Putin, Tramp və Çin Sədrinin görüşü dünyanın taleyini həll etməyəcək” – KREML peskov
  • Dünya

“Putin, Tramp və Çin Sədrinin görüşü dünyanın taleyini həll etməyəcək” – KREML

User 23 Oktyabr 2026 - 18:05
Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq melani esas
  • Dünya

Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq

User 23 Oktyabr 2026 - 17:33
LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı 5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08
Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama asif
  • Sosial

Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama

User 23 Oktyabr 2026 - 16:45
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.