Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı
  • ÖZƏL

Şişkinlik yaradan qidalar hansılardır?

Orkhan Ali 09 Oktyabr 2025 - 09:26 (Last updated: 08 Oktyabr 2025 - 21:06)

Həkim Elena Pavlova bədənin maye yığmasına səbəb ola bilən əsas qidaları açıqlayıb.

Mütəxəssis qeyd edib ki, şişkinlik yalnız duzlu qidaların çox qəbulundan yaranmır. AzPost xəbər verir ki, bəzi digər qidalar və qida vərdişləri də bədənin maye balansını poza bilər.

Şişkinliyə səbəb olan qidalar bunlardır:

  • Yarıfabrikatlar və sürətli qidalar (fastfood). Kolbasa, sosiska, pizza, burger və müxtəlif souslar çox miqdarda gizli duz ehtiva edir. Duzun həddindən artıq olması orqanizmi su yığmağa məcbur edir ki, natrium konsentrasiyası normaya gəlsin.

  • Şirniyyat və çörək məmulatları. Ağ çörək, tort və peçenye kimi rafinə edilmiş karbohidratlar insulin səviyyəsini sürətlə yüksəldir. Bu isə natriumun bədəndə yığılmasına və şişkinliyin artmasına səbəb olur. Hər bir qram karbohidrat bir neçə qram suyu da özü ilə bədəndə saxlayır.

  • Gluten və laktoza tərkibli məhsullar. Bəzi insanlarda bu qidalar xroniki iltihaba səbəb ola bilər, damarların keçiriciliyini artırır və mayenin toxumalara çıxmasına şərait yaradır.

  • Alkoqol. Alkoqol orqanizmi susuzlaşdırır, nəticədə bədən “təhlükəsizlik” rejimində maye yığmağa başlayır.

Bundan əlavə, kalium və maqnezium çatışmazlığı da şişkinliyə gətirib çıxara bilər. Bu minerallar natriumun antagonisti rolunu oynayır və balans pozulduqda bədən mayeni daha çox yığır.

Pavlova həmçinin qeyd edib ki, zülalın yetərsizliyi də mayenin toxumalarda yığılmasına səbəb olur. Albümin zülalının azlığı damarların mayeni saxlama qabiliyyətini zəiflədir və nəticədə toxumalarda su yığılır.

Həkim vurğulayıb ki, davamlı və xroniki şişkinlik müalicə tələb edən ciddi simptom ola bilər. Belə hallarda mütləq həkimə müraciət edilməlidir.

Mütəxəssisin tövsiyəsi odur ki, şişkinliyin qarşısını almaq üçün təbii, az emal olunmuş qidalar, tərəvəz və meyvələr, həmçinin kifayət qədər zülal və minerallar qəbul edilməlidir.

AzPost.az

Post navigation

Previous: “İrşad” müştəriyə yeni adı ilə təmir edilmiş məhsul satıb?
Next: Yanvarda Los-Ancelesdə dəhşətli yanğını törədən şəxs həbs edilib

Oxşar xəbərlər

burcler
  • Maraqlı

7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir?

User 07 Noyabr 2026 - 11:16
ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
ölüm
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər gözlənilməz fakt aşkarlayıb

User 06 Noyabr 2026 - 16:52

xƏBƏR

ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
Noyabrın 8-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Respublikasının Prezidenti Rəcəb...
Read more about İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib
Azərbaycan və Türkiyə prezidentləri hərbi qulluqçularla görüşdü ilham erdoqan herbciler
  • Sosial

Azərbaycan və Türkiyə prezidentləri hərbi qulluqçularla görüşdü

User 08 Noyabr 2026 - 20:08
Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN ilham aliyev erdoqan beyanat
  • Baş Yazı

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN

User 08 Noyabr 2026 - 18:31
Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı? erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.