Siyavuş Novruzov DİN-i məhkəməyə vermək qərarından imtina edib 

Milli Məclisin deputatı Siyavuş Novruzov Daxili İşlər Nazirliyini məhkəməyə vermək niyyətindən daşınıb. 

Bu barədə Unikal.org-a Siyavuş Novruzovun özü məlumat verib.

O bildirib ki, Daxili İşlər Nazirliyinin əməkdaşlarının həm pandemiya dövründə, həm də Vətən Müharibəsi zamanı göstərdikləri fədakarlığa görə bu qərara gəlib.

Xatırladaq ki, daha öncə deputat Daxili İşlər Nazirliyi tərəfindən karantin qaydalarının pozulması iddiası ilə onun inzibati qaydada cəzalandırılması və cərimələnməsinin tamamilə qanunsuz olduğunu demişdi və bununla bağlı məhkəməyə müraciət edəcəyini qeyd etmişdi. Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən Siyavuş Novruzov DİN tərəfindən 400 manat cərimələnmişdi.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Siyavuş Novruzov DİN-i məhkəməyə verib –

Sonrakı məqalə

Ərdoğan Azərbaycan-Türkiyə Mədəniyyət mərkəzlərinin təsis olunması haqda Sazişi təsdiqləyib