“Sizin yanınızdayıq!” –Ukraynanın sabiq prezidenti Yuşenko İlham Əliyevə məktub yazdı

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir: “Hörmətli cənab Prezident,

Biz hazırda Azərbaycandakı vəziyyəti böyük narahatlıqla izləyirik. Tarixi və mühüm əhəmiyyətli Gəncə şəhərində mülki şəxslərin həlak olması ilə bağlı xəbərlər ciddi narahatlıq doğurur.

Biz kənar qüvvənin beynəlxalq hüququ kobud şəkildə pozaraq ölkənizin ərazisini işğal etməsi və beynəlxalq təşkilatların buna lazımi reaksiya göstərməməsi ilə bağlı məyusluğun nə olduğunu Ukraynada yaxşı başa düşürük.

Cənab Prezident, biz Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvləri olaraq Sizin yanınızdayıq. Biz bu problemlə bağlı təbliğat işlərinin aparılması məqsədilə lazımi tədbirləri əlaqələndirmək üçün həmsədrlərimiz və baş katibimizlə sıx əməkdaşlıq edirik.

Ölkəniz və xalqınız üçün dua edirik.

Dərin hörmətlə,

Viktor Yuşenko

2005-2010-cu illərdə Ukraynanın Prezidenti

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

Katerina Yuşenko

2005-2010-cu illərdə Ukraynanın birinci xanımı

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev Türkiyənin NTV televiziyasına müsahibə verib

Sonrakı məqalə

Separatçı rejim ermənilərin ərazini tərk etməsini qadağan etdi –