Separatçı rejim ermənilərin ərazini tərk etməsini qadağan etdi –Qarabağdan qaçmaq istəyənlərin çıxış yolu bağlandı

Dağlıq Qarabağın qondarma rejimi bölgədə əhalinin sərbəst hərəkətinə məhdudiyyət qoyub.

Azpost.info bildirir ki, bu barədə separatçı rejimin rəhbəri Araik Arutyunyan sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, Dağlıq Qarabağ ərazisində giriş-çıxış məhdudlaşdırılıb və xüsusi rejim elan olunub. Həmin ərazilərdə sakinlərin sərbəst hərəkəti məhdudlaşdırılıb.

Bununla bağlı komendantlıq yaradılıb.

Azərbaycan Ordusunun son uğurlu hərbi əməliyyatlardan sonra Dağlıq Qarabağın əhalisi və əsgərləri kütləvi şəkidə qaçmağa başlayıblar. Dünən açıqlanan məlumatda qeyd olunub ki, Şuşa şəhərinin 80 faiz əhalisi şəhəri tərk edib.

Bu kütləvi qaçış separatçı rejimi qorxuya salıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Sizin yanınızdayıq!” –

Sonrakı məqalə

Ermənistan ordusu Tərtərdə qəbiristanlığı atəşə tutub –