Skotçla divara yapışdırılmış banan 120 min dollara satılıb- FOTO

ABŞ-ın Florida ştatının Mayami-Biç şəhərində keçirilən rəssamlıq sərgisində skotçla divara yapışdırılmış banan incəsənət əsəri kimi 120 min dollara satılıb.

Azərtac xəbər verir ki, italyan rəssam Mauritsio Kattelanın “Komediant” adlı əsəri “Art Basel” sərgisində satılıb.

Ekspertlərin sözlərinə görə, əsərin ikinci variantı (yenə də skotçla banan) 150 min dollara satıla bilər. Əsər incəsənət xiridarlarının bir çoxunun böyük marağına səbəb olub, hərçənd sərgiyə gələnlərin çoxu onun mənasını başa düşməyib. “Art Basel”in banisi Emmanuel

Perrotin bildirib ki, bu əsər tamaşaçını obyektlərin dünyada necə hərəkət etdiyi barədə düşündürməlidir. O deyib: “İstər sərgi stendinə bərkidilsin, istərsə də “New York Post”un üzqabığında verilsin, bu əsər bizi maddi əmtəənin necə qiymətləndirildiyi barədə düşünməyə məcbur edir”.

“Art Basel” dünyanın hər yerindən yeni innovativ əsərlər axtarışında olan məşhur insanları və rəssamları cəlb edən populyar festivaldır. Festival hər il üç şəhərdə – Bazel, Mayami-Biç və Honkonqda keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Məişət zorakılığı ilə bağlı məlumat bankı gələn il hazır ola bilər”

Sonrakı məqalə

RAMİZ RÖVŞƏN YAZIR: