SOCAR-ın vitse-prezidenti:“Bu, Qarabağ qazisinə qanuna itaətsizlik haqqını vermir”

SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov  Qarabağ əlilləri ilə idarənin əməkdaşları arasında baş vermiş qalmaqala münasibət bildirib.

Azpost.info bildirir ki, SOCAR rəsmisi deyib ki, bu məsələdə kim günahkardır məsuliyyətə cəlb edilməlidir: “SOCAR ərazilərində yeni tikililərlə bağlı hüquq mühafizə orqanları araşdırma aparır. Kim günahkardırsa məsuliyyətə cəlb olunmalıdır. Amma bu heç kimə -Qaziyə də, hətta Milli Qəhrəmana belə qanunlara və qaydalara itaətsizlik etmək haqqını vermir”.

“Onların döyülməsi və ya “onlar davaya cəhd ediblər” məsələsi mübahisəlidir. Mənə elə gəlir ki,bu bir planlaşdırılmış xoş niyyətli olmayan cəhddir. Araşdırmağa ehtiyac var və kimliyindən asılı olmayaraq hüquq qarşısında cavab verməlidir”-deyə X.Məmmədov bildirib.

Vitse-prezident SOCAR qalmaqalda adı çəkilən əməkdaşlarını müdaifə edərək bildirib ki, onların işi həmin kəməri mühafizə etməkdir. X. Məmmədov etiraf edib ki, boru kəməri üzərində evlər mövcuddur: “Boru kəmərinin üzərində də evlər olur. Bu bir vaxtlar boru kəmərinin mühafizə olunmadığı dövrə aiddir.  Amma bu o demək deyil ki, biz təhlükəsizlik  zonasını ləğv etməliyik”.

Onun sözlərinə görə, qalmqalada adı çəkilən Qarabağ əlilinin əlində  heç bir sənəd olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İcbari tibbi sığortadan vətəndaşların və həkimlərin qazancı –

Sonrakı məqalə

Ziya Məmmədov şeirlərindən danışdı: