SOCAR “SOCAR Türkiyə”dəki payını tam alıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi olan “Sermaye Investments Limited” “SOCAR Türkiyə”nin səhmlərinin 890 574 713-nün və ya təxminən 13 faizinin satın alınmasını başa çatdırıb.

Türkiyənin İctimai İnformasiyanın Açıqlanması Platformasına istinadən məlumat verir.

Bununla da SOCAR-ın “SOCAR Türkiyə”dəki bilavasitə və dolayı iştirakı 87 faizdən 100 faizədək çatıb.

Qeyd edək ki, satın alınan pay əvvəl “Goldman Sachs International” şirkətinə məxsus olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

““Taliban” nə qədər tez sivil xalqların sırasına daxil olsa…” –

Sonrakı məqalə

Üzgüçümüz Raman Saleh Tokio Paralimpiadasında üçüncü qızıl medalını qazanıb