Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında danışıqlar başa çatıb.
Azpost.info xəbər verir ki, danışıqlar bir saatdan çox davam edib.
Paşinyan bildirib ki, İrəvan Rusiyanın Ermənistanla Azərbaycan arasında münasibətlərin qurulması layihəsindən razıdır.
Putin də öz növbəsində Qarabağda münaqişəyə son qoyulmasının vacibliyini bəyan edib. Həmçinin vurğulayıb ki, Bakı, İrəvan və Moskva bu məsələnin həllində irəliləməyə imkan verəcək əsas məqamları tapmalıdırlar.
Azpost.info