Solovyov çağırışçıların hərbi əməliyyatda iştirakına icazə verməyə çağırdı

Rusiyalı teleaparıcı Vladimir Solovyov “Rossiya-1” kanalının efirində Dumanın deputatlarını hərbi xidmət keçən əsgərlərin xüsusi hərbi əməliyyatda iştirakına icazə verməyə çağırıb.

Azpost.info xəbər verir ki, o deyib ki, bir çox çağırışçıların özləri döyüş əməliyyatlarında iştirak etmək istəyirlər.

“Hərbi xidmətdə olan bir gənclər deyirlər ki, bizi buraxın gedək, döyüşək, biz bacararıq”, – Solovyev deyib.

Rusiya müdafiə naziri Sergey Şoyqu orduya çağırış üçün minimum yaş həddinin 18-dən 21 yaşa, maksimumun isə 27-dən 30-a qaldırılmasını təklif etmişdi. O, həmçinin əsgərlərin sayını 1,5 milyon nəfərə çatdırmağa və çağırışçılara xidmətin ilk günündən müqavilə bağlamağa icazə verməyə də çağırıb.

Azpost.info

Əvvəlki məqalə

Dolların sabaha olan rəsmi məzənnəsi

Sonrakı məqalə

Ukrayna-Avropa İttifaqı sammiti Kiyevdə keçiriləcək