Şolts Gürcüstanı Aİ ilə yaxınlaşmaq üçün islahatlara çağırıb

Berlində Gürcüstan Baş naziri İrakli Qaribaşvili ilə danışıqlar zamanı Almaniya kansleri Olaf Şolts  Tbilisiyə Aİ-yə gedən yolda davamlı dəstək vədi verib.

Azpost.info info xəbər verir ki, bununla belə, Şolts Gürcüstan hökumətini lazımi islahatlara getməyə çağırıb.

Bunu kanslerin sözçüsü Şteffen Hebeştrayt iki ölkənin hökumət başçıları arasında keçirilən görüşdən sonra bildirib.

Şolts Qaribaşviliyə Avropa Komissiyasının tövsiyələrini yerinə yetirmək üçün maksimum qətiyyətlə səy göstərməyin zəruriliyini çatdırıb.

Gürcüstan hökumətinin mətbuat xidmətinin məlumatına görə, Qaribaşvili ilin sonuna kimi ölkəyə Aİ üzvlüyünə namizəd statusunun veriləcəyini gözləyir.

Azpost.info

Əvvəlki məqalə

Taxıl və taxıl məhsullarına aid yeni dövlət standartları qəbul edilib

Sonrakı məqalə

“Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıyıq”